Cəmiyyət

Sumqayıtda motosiklet minik avtomobilinə çırpılıb, xəsarət alan var - FOTO

8 Avqust 2020 20:28
Baxış: 1 274
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıtda motosiklet minik avtomobilinə çırpılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan motosiklet yol kənarında dayanmış BMW markalı minik avtomobilinə çırpılıb.

Qəza nəticəsində motosikletin sürücüsü xəsarət alıb və ona yerində təcili tibbi yardım xidmətinin əməkdaşları tərəfindən yardım göstərilib.

Əraziyə yol polisinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.