5 iyuldan başlayaraq saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində xüsusi karantin rejimi tədbiq edilməkdədir.
Son zamanlar sağalanların sayında artımın müşahidə edilməsini nəzərə alsaq, iyulun 20-dən sonra karantin rejimi yumşaldıla bilərmi?
Milli.Az bildirir ki, sonxeber.az-a Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov dünən bildirib ki, sərt karantin rejiminin uzadılıb-uzadılmaması ilə bağlı hələlik heç bir qərar yoxdur:
"Sərt karantin rejiminin bitməsinə 5 gün var. Hər şey son günlərdəki yoluxma və azalma dinamikasından asılı olacaq. Bir daha insanlarmıza qoyulan qaydalara və verilən tövsiyələrə əməl etməklərini məsləhət görürəm".
Milli.Az