Cəmiyyət

Tıxaca öyrəşdiyimiz yollar bomboş qalıb - FOTO

6 İyun 2020 14:38
0 Şərh     Baxış: 1 438
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adətən tıxac görməyə öyrəşdiyimiz paytaxt yollarının boş olduğu fotolar diqqət çəkib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakının əsas yollarının hazırkı vəziyyətini əks etdirən fotoları BNA-nın mətbuat katibi Mais Ağayev paylaşıb. 

Şəxsi avtomobillərin hərəkətinə qoyulmuş qadağa Bakının prospekt və yollarının tam boşalmasına səbəb olub. Fəaliyyətinə icazə verilən bəzi dövlət qurumlarının əməkdaşları yalnız təmsil etdikləri orqanın xidməti avtomobilləri ilə hərəkət etməlidirlər.  

Qeyd edək ki, bu gün saat 00:00-dan 8 iyun saat 06:00-dək  Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində küçəyə çıxmaq qadağan edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.