Cəmiyyət

"Müslüm Maqomayevin abidəsinin Dənizkənarı Milli Parkda qoyulması versiyası da var"

10 May 2020 11:12
0 Şərh     Baxış: 1 098
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müslüm Maqomayevin heykəlinin ucaldılması ilə bağlı Cənab Prezidentin fərmanı var, bu sahədə işlər aparılır.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O, bildirib ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu böyük nailiyyətlər əldə edib: "Müslüm Maqomayevin heykəlinin hazırlanması ilə bağlı işlər görülür".

E.Əzizov Müslim Maqomayevin heykəlinin ucaldılacağı yerlə bağlı məsələyə də münasibət bildirib: "Abidənin Dənizkənarı Milli Parkda qoyulması versiyası da var. Bu məsələyə görkəmli ziyalar və mütəxəssislərin iştirakı ilə baxılır.  Nəticə əldə olunandan sonra ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, Xalq rəssamı Ömər Eldarov APA-ya açıqlamasında M.Maqomayevin heykəlinin Dənizkənarı Milli Parkda ucaldılacağını demişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.