Cəmiyyət

Müxbirin DSMF-də döyülməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir - RƏSMİ

6 May 2020 20:35
Baxış: 1 485
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gədəbəydə anews.az saytının müxbirinin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon şöbəsində döyülməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Milli.Az bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov deyib.

O, bildirib ki, mayın 4-də saat 11:05-də Qənbərov Zaur Ələddin oğlu şöbənin inzibati binasında şöbə müdirinin müavini İbrahim Ələsgərovun otağına girərək onu təhqir edib:

"Səs-küyə sürücü İsfəndiyar Qələndərov otağa daxil olarkən onu da hədələyərək sürücüylə mübahisə edib. İdarənin müdirini və işçiləri təhqir edib. Hədə-qorxu gəlib. İdarənin iş ahəngini 40 dəqiqəyə yaxın pozub. Zaur Qənbərovla bağlı insidentə və onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün DSMF-in yerli şöbəsi tərəfindən Gədəbəy rayon Prokurorluğuna müraciət olunub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.