Cəmiyyət

Azərbaycandan Türkiyəyə səfər edən turistlərin sayı kəskin azalıb

30 Aprel 2020 15:53
1 Şərh     Baxış: 1 095
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ilin martında Azərbaycandan Türkiyəyə 15 256 turist səfər edib ki, bu da 2019-cu ilin martı ilə müqayisədə 74,99 faiz azdır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 2,12 faiz təşkil edib.

2020-ci ilin yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə 122 187 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,88 faiz azdır.

2020-ci ilin yanvar-mart aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı isə 3,04 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2020-ci ilin martında Türkiyəyə 718 097 turist səfər edib ki, bu da ötən ilin martı ilə müqayisədə 67,83 faiz azdır.

2020-ci ilin yanvar-mart aylarında 4 238 644 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,11 faiz çoxdur.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycandan Türkiyəyə 901 723 turist səfər edib ki, bu da 2018-ci illə müqayisədə 5,03 faiz çox olub. Bu dövr ərzində Türkiyəyə gələn xarici vətəndaşların ümumi sayında Azərbaycan vətəndaşlarının payı 2 faiz təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.