Cəmiyyət

Bakıda zəncirvarı qəza zamanı beş avtomobil toqquşub - FOTO

24 Aprel 2020 22:55
0 Şərh     Baxış: 1 887
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Cəlil Məmmədquluzadə və Həsən Əliyev küçələrinin kəsişməsində baş verib.

"Renault" markalı nəqliyyat vasitəsi qarşıda dayanmış "Toyota" markalı nəqliyyat vasitəsinə, "Toyota" isə qarşıdakı "Mercedes"ə çırpılıb. Əks yolda hərəkət edən və taksi kimi istifadə olunan "Opel" markalı avtomobilin sürücüsü də baş vermiş hadisəyə baxmaq üçün dayanıb. Bu zaman onun fikri yayındığından avtomobili qarşıdakı "Mercedes"ə çırpılıb.

Hadisə yerinə YPX və PPX əməkdaşları cəlb edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.