Cəmiyyət

"Uzun müddət gigiyenik qaydalara riayət etməliyik"

20 Aprel 2020 23:12
Baxış: 1 548
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Hələ uzun müddət gigiyenik qaydalar riayət etməliyik. Bu gün, sabah yoluxma ilə bağlı rəqəmlər azaldı deyə, maskanı çıxartmaq, əli dezinfeksiya etməmək tamamilə müzakirə olunmur".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva AzTV-də yayımlanan "Hədəf" verilişində deyib.

Qurum rəsmisi bildirib ki, əgər biz karantin rejimindən mərhələli şəkildə çıxmaq istəyiriksə, bu o deməkdir ki, uzun müddət sosial məsafəyə, karantin qaydalarına əməl etməliyik. 

"Bu bizə ciddi problemlər yarada bilər. Çalımalıyıq ki, əldə etdiyimiz nəticəni qoruyaq", - deyə Y.Qarayeva qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.