Marketlərdə satılan yeməklər təhlükəlidir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son zamanlar bir çox marketlərdə hazır yeməklərin satışa çıxarılması alıcılar üçün rahatlıq yaradır. Lakin bu rahatlığın arxasında ciddi məsuliyyət dayanır.
İsti və ya soyuq formada təqdim olunan yeməklərin düzgün saxlanılmaması və ya gigiyenik qaydalara əməl edilməməsi qida zəhərlənməsinə səbəb ola bilər.
Bəs vətəndaşların diqqət etməli olduğu məqamlar nələrdir?
Qida eksperti Ağa Salamov Milli.Az-a açıqlamasında bildirib ki, mağazalarda təqdim olunan isti yeməklərin saxlanma və təqdimat qaydaları xüsusi diqqət tələb edir.
Onun sözlərinə görə, əgər yeməklər qapalı şüşə vitrinlərdə saxlanılırsa, onların buxar və istilik şəraitində təqdim olunması vacibdir. Qeyd edib ki, isti yeməklər daim isti vəziyyətdə saxlanmalı və müştəriyə elə formada təqdim edilməlidir ki, temperaturu uyğun olsun.
"Bu cür yeməklər maksimum 3 saat ərzində satışda qala bilər. 3 saatdan sonra həmin məhsullar yeniləri ilə əvəz olunmalı və artıq istifadə üçün yararsız hesab edilməlidir. Çünki bu müddətdən sonra qida zəhərlənməsi riski yüksəlir".
Ekspert nəzərə çatdırıb ki, bufet və iaşə məntəqələrində çalışan işçilər də sanitar-gigiyenik qaydalara ciddi əməl etməlidirlər. Əlavə edib ki, aşpazlar təmiz, vahid iş geyimində olmalı, baş örtüyü taxmalı və yeməklərlə işləyərkən gigiyena qaydalarını qorumalıdırlar:
"İsti yeməklər tez-tez qarışdırılmalıdır ki, səthində quruma və ya bakterial çirklənmə yaranmasın".
A.Salamov ət, balıq, toyuq kimi məhsullardan hazırlanan yeməklərin də eyni qaydalarla yəni, maksimum 2-3 saat ərzində satılmalı və yenilənməli olduğunu vurğulayıb.
Mayonezli salatlar, paytaxt salatı, yumurta və toyuqdan hazırlanan məzələr və s. kimi soyuq qəlyanaltılardan danışan ekspert söyləyib ki, onlar yalnız soyuducu şəraitdə təqdim olunmalıdır. Bildirib ki, bu məhsullar da maksimum 2-3 saat ərzində satışda qala bilər. Əgər soyuducu vitrində, uyğun temperaturda saxlanılırsa (məsələn, +4°C ətrafında), o zaman 48 saata qədər satışa icazə verilə bilər:
"Yekun olaraq, həm isti, həm də soyuq yeməklərin saxlanması və təqdimatı sanitar norma və standartlara uyğun şəkildə aparılmalıdır ki, zəhərlənmə halları baş verməsin".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda qadın maşına hücum çəkdi - Anbaan Video
-
Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir
-
Bakıda sərnişin taksi sifariş etdi: “Lamborghini” gəldi - (Video)
-
Azərbaycan təhsilinə ağır itki - (Foto)
-
Oğlunun ölümüdən 19 gün sonra vəfat etdi
-
Azərbaycan ordusunda 19 il xidmət edən gizir qəfil vəfat etdi
XƏBƏR LENTİ
-
Alonso "Çelsi"nin ən bahalı transferindən danışdı
-
Əminə Şirini Gürcüstan toyunda "pul yağışı"na tutdular - (Video)
-
Sürücülərə şad xəbər: 1 saat tez açıldı
-
ƏƏSMN-də müdir müavini ürəktutmadan öldü - (Foto)
-
“Toyda şəklimi çəkir ki, gedib cadu etdirsin“
-
Vaşinqton Paşinyanı Azərbaycanla sülhə belə razı salıb – Şok iddia
-
"Mənə qutab verməyən o qayınanamı heç yada salmaq istəmirəm" - (Video)
-
“Komedixana”da tamaşaçının gülüşü aktyorları da güldürdü - (Video)
-
Mourinyo "Real"ın mövsümdəki ilk məğlubiyyətindən danışdı
-
"Sabah"dan inanılmaz qərar: 10 milyon manatlıq layihə gəlir
-
Özü ilə evlənən model həyatındakı kişiyə görə boşandı
-
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
-
Özbəkistanda yaşayış binasında hovuzun içindən köpəkbalıqları çıxdı - (Video)
-
Bakıda qadın maşına hücum çəkdi - Anbaan Video
-
Vəfa Şərifovaya ərindən 12 min avroluq hədiyyə - (Video)
-
Amin Novruzov vəfat etdi
-
Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr
-
Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir
-
Mahsun Kırmızıgüldən yaşlı pərəstişkarına jest - (Video)
-
Onlar Moskvaya konkret təkliflə gedirlər - Tramp
-
Bahar Lətifqızı ona toxunan kişiyə əsəbiləşdi - (Video)
-
İstirahət gününün havası açıqlandı
-
Xaçaturyan müharibədə ölənlərin sayını açıqladı - Aparat təkzib etdi
-
“Barselona”dan tarixi rekord: Bir mövsümə...





