Cəmiyyət

Koronavirus Bakıda mənzillərin qiymətini ucuzlaşdırıb

13 Aprel 2020 20:33
1 Şərh     Baxış: 3 349
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus pandemiyası Bakıda mənzillərin qiymətinin ucuzlaşmasına səbəb olub.

Milli.Az bildirir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, ötən ay ərzində həm təkrar, həm də ilkin mənzil bazarında ucuzlaşma qeydə alınıb.

N.İbrahimov bildirib ki, mart ayı ərzində təkrar mənzil bazarında 1.27 faiz azalma olub.

Onun sözlərinə görə, ilkin mənzil bazarında isə ay ərzində 0.52 faiz azalma müşahidə olunub.

N.İbrahimov əlavə edib ki, ümumilikdə isə ay ərzində daşınmaz əmlak bazarında 2.6 faiz azalma olub.

Ekspert vurğulayıb ki, pandemiya səbəbindən daşınmaz əmlak bazarında fəallıq demək olar ki, dayanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.