Cəmiyyət

Qusar polisi tərəfindən profilaktik tədbirlər davam etdirilir - FOTO

2 Aprel 2020 19:32
0 Şərh     Baxış: 1 038
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlərin həyata keçirilməsi istiqamətində Qusar Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, RPŞ-nin DYP bölməsinin inspektorları tərəfindən elan edilmiş xüsusi karantin rejimi çərçivəsində bir rayondan digərinə getməklə bağlı qoyulan məhdudiyyətlərlə bağlı olaraq rayonun giriş və çıxışlarında yaradılmış müvəqqəti postlarda sürücülər saxlanılır və sakini olduğu rayonlara yönləndirilirlər.

Bundan əlavə şöbə əməkdaşları tərəfindən mütəmadi olaraq rayon sakinləri ilə profilaktiki söhbətlər aparılaraq, onlara infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində tətbiq olunan qaydalar izah olunur, yaşı 65-dən yuxarı insanların çölə çıxmamaları qadağası barədə məlumat verilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.