Cəmiyyət

Şəhid pilotumuzun xanımından nümunəvi addım

31 Mart 2020 14:40
4 Şərh     Baxış: 2 821
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəhid pilotumuz, Azərbaycan ordusunun polkovnik-leytenantı Rəşad Atakişiyevin xanımı, tanınmış politoloq Qabil Hüseynlinin qızı Könül Hüseynova olduqca nümunəvi, həmçinin fədakar bir addım atıb.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova 500 manat olan aylıq maaşının hamısını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

K.Hüseynova bu addımı Prezident İlham Əliyevin çağırışına bir vətəndaş olaraq qoşulmaq və dövlətimizin bu sahədə apardığı siyasəti dəstəklədiyini nümayiş etdirmək üçün atdığını bildirib.

Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə koronavirusla mübarizədə milli həmrəylik kampaniyasına çevrilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.