Cəmiyyət

"Azərbaycanda bu gün epidemioloji vəziyyət nəzarətdə saxlanılır" - TƏBİB-in rəhbəri

29 Mart 2020 15:35
Baxış: 2 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biz artıq indidən müxtəlif planlar hazırlayırıq ki, müəssisələrimizin resursları koronavirusa yoluxanların müalicəsi üçün yetərli olsun.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Azərbaycanın digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə xariclə daha çox iqtisadi əlaqəsinin mövcud olduğunu deyən R.Bayramlı buna görə də ölkəmizdəki riksin dəfələrlə yüksək olduğunu söyləyib. Buna baxmayaraq, Azərbaycanda bu gün epidemioloji vəziyyət nəzarətdə saxlanılır:

"Həyata keçirilən məqsədyönlü karantin tədbirləri nəticəsində epidemioloji vəziyyətə nəzarət edilir. Əgər vaxtında bu tədbirlər görülməsəydi, səfərbər olmasaydıq, bu gün vəziyyətə nəzarət edə bilməzdik, daha kritik ola bilərdi. Amma bu gün xəstələr ölkə daxilində aşkarlanırsa, bu, bizim üçün çox ciddi həyəcan siqnalıdır. Biz artıq indidən müxtəlif planlar hazırlayırıq ki, heç bir problemlə rastlaşmayaq, müalicə müəssisələrimizn resursları buna yetsin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.