Cəmiyyət

Göygöldə qonşuların davası: 4 yaralı

24 Mart 2020 08:28
0 Şərh     Baxış: 811
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göygöldə döylümə faktı qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  hadisə rayonun Murovdağ qəsəbəsində qeydə alınıb.

Qəsəbədə məskunlaşan Kəlbəcər rayon sakini, 1987-ci il təvəllüdlü Əliyev Elgün Gəncəli oğlu həmyerlisi 1991-ci il təvəllüdlü Qasımov Alim Nadir oğlu ilə dava edib. Dava zamanı hər iki tərəf xəsarət alıb. Nəticədə Elgün Əliyev və onun həyat yoldaşı - 1991-ci il təvəllüdlü Əliyeva Aynur Hayistan qızı və qarşı tərəfdən olan Qasımov Alim Nadir oğlu, onun qardaşı 1994- cü il təvəllüdlü Qasımov Röyal Nadir oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Xəstələrin vəziyyətinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki, hadisə iki qonşunun arasında baş verib. Dava-dalaşa səbəb isə sözügedən şəxslərin birinin övladının digərin həyətinin qapısını açıq qoyması olub.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.