Cəmiyyət

Azərbaycan polisindən maraqlı addım - Koronavirusa görə... - FOTO

23 Mart 2020 14:34
0 Şərh     Baxış: 2 962
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı Respublikada həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək məqsədi ilə maraqlı aksiya təşkil edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, İsmayıllı RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən avtonəqliyyat vasitələri saxlanılaraq, sürücü və sərnişinlərə tibbi spirt, maska və əlcək verilib. Həmçinin gigiyena qaydalarına riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. Polis əməkdaşları həmin şəxslərə evdə qalmaları və ehtiyac olmadığı təqdirdə çölə çıxmamalarını tövsiyyə ediblər.

Sürücülər də onlara göstərilən diqqət və qayğıya görə, öz minnətdarlıqlarını bildiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.