Cəmiyyət

Ölkə ərazisində faktiki hava şəraiti açıqlandı

16 Mart 2020 22:25
0 Şərh     Baxış: 4 563
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ölkə ərazisində faktiki hava şəraiti açıqlandı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, martın 16-sı saat 22:00-a olan açıqlamada bildirilir: ölkə ərazisində hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb. Şimal-qərb küləyi arabir Naftalanda 30 m/s, Neftçalada 26 m/s, Tər-tər, Ələt, Gəncə və Tovuzda 18 m/s, Sumqayıt və Zabratda 20 m/s, Bakıda 26 m/s, Maştağada 25 m/s, Neft Daşlarında 23 m/s-dək güclənib.

Şahbuz, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Altıağac, Quba, Qusar, Xaçmaz, Mingəçevir, Yevlax, Bərdə, Göyçay, Tər-tər, Zərdab, Yardımlı, Lənkəran, Astara, Kişçay (Şəki) və Xaltanda yağış, Şahdağ, Qrız, Xınalıq, Sarıbaş (Şəki), Gədəbəy, Daşkəsən və Göygöldə qar yağıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.