Cəmiyyət

Bu gün I sinfə qəbulun elektron qeydiyyatı başlayır

10 Mart 2020 08:02
1 Şərh     Baxış: 2 533
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu üçün elektron qeydiyyat aparılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, saat 11:00-dən etibarən məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların valideynləri sistemdə ilk dəfə elektron qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdır.

Martın 13-ü, saat 11:00-dən etibarən valideynlər məktəb seçimini həyata keçirə bilərlər.

Xatırladaq ki, elektron qeydiyyat www.mektebeqebul.edu.az sistemi vasitəsilə həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.