Cəmiyyət

Qaxda bir gündə 2 nəfəri sahibsiz it dişləyib

8 Mart 2020 22:37
0 Şərh     Baxış: 836
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün günorta saatlarında Qax rayonunun Qaşqaçay kənd sakini, 2010-cu il təvəllüdlü Rahib Fuad oğlu Qurbanov sahibsiz itin hücumuna məruz qalıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, o, başın alın nahiyəsinin it dişləməsi diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət edib.

Yaralıya lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra evə buraxılıb.

Günün ikinci yarısında Qaxda daha bir it dişləməsi hadisəsi qeydə alınıb. Rayonun Ağyezli kənd sakini, 2000-ci il təvəllüdlü Məhəmməd Eyvaz oğlu Əllazov sağ ayağının it dişləməsi xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. M.Əllazova lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra evə buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.