Xocalı soyqırımı ilə əlaqədar Efiopiyanın Milli Liderlik İnstitutunda açıq mühazirə keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar olaraq, Efiopiyanın aparıcı təhsil ocaqlarından biri hesab olunan Milli Liderlik İnstitutunda açıq mühazirə keçirilib.
Azərbaycanın Efiopiyadakı səfirliyindən Milli.Az-a verilən məlumata görə, tədbirdə Liderlik Institutunun tələbələri və müəllimləri iştirak ediblər.
Çıxış edən səfir Elman Abdullayev Xocalı Soyqırımının Azərbaycanın tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd edərək, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərinin dinc sakinlərinə qarşı soyqırım törətdiklərini vurğulamışdır. Səfir Ermənistan silahlı qüvvələrinin Xocalıya hücumu zamanı günahsız 613 azərbaycanlının vəhşicəsinə və amansızcasına qətlə yetirildiyini və onlardan 106 nəfərin qadın, 63 azyaşlı uşaq, 70 qocanın olduğunu, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 uşağın valideynlərdən birini itirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Həmçinin səfir E.Abdullayev artıq bir neçə ölkənin parlamentləri və ABŞ-ın 20-dən artıq Ştatının qanunverici orqanları tərəfindən Xocalı Soyqırımının tanındığını və bəşəriyyətə qarşı olan bu cinayətin pisləndiyini bildirib.
Cinayətkar Ermənistanın beynəlxalq ictimaiyyətin mövqeyinə qarşı hörmətsizlik nümayiş etdirdiyini vurğulayan səfir E.Abdullayev, Azərbaycan ərazisinin 20 faizinin hələ də işğal altında saxladığını, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinin yerinə yetirilmədiyini, 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün öz tarixi torpaqlarına geri dönə bilmədiklərini qeyd etmişdir. Xocalı Soyqırımının təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş bir cinayət olduğunu bildirən səfir E. Abdullayev, bu əməlinə görə Ermənistanın dünya ictimaiyyəti qarşısında cavab verməli olduğunu vurğulamışdır. Çıxış zamanı səfir E.Abdullayev beynəlxalq ictimaiyyətinin məlumatlandırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında həyata keçirilən "Xocalıya Ədalət!" beynəlxalq kampaniyasının Xocalıda törədilmiş bu cinayətlərə hüquqi və siyasi qiymətin verilməsinə yönəldiyini bildirib.
Tədbir zamanı Universitetin tələbə və müəllim heyətinə Xocalı Soyqırımından bəhs edən sənədli filmlər, Xocalı Soyqırımının canlı şahidlərinin müsahibələri və beynəlxalq KİV-lərin çəkdikləri foto şəkillər nümayiş etdirilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı gənc Rusiya-Ukrayna müharibəsində həlak oldu
-
Sakinlər: "Məhəlləmiz zibilxana olub" - İcra Hakimiyyətindən reaksiya
-
MİQ üzrə test imtahanlarının ilk gününün nəticələri açıqlandı
-
İyulun 15-də dəniz suyunun temperaturu 23-25 dərəcə olacaq
-
Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi - (Video)
-
Prezident İlham Əliyev və Peter Pelleqrini bir-birinə xatirə hədiyyələri təqdim ediblər - (Video/Foto)
XƏBƏR LENTİ
-
Pezeşkian İran dövlət televiziyasını sərt tənqid etdi
-
"10 il zülm çəkdim" - Mirkamil səhhətindən danışdı
-
"The Liberum" Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi əsas mesajları işıqlandırıb
-
Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb
-
Çempionlar Liqası: "Sabah"ın 2-ci təsnifatdakı rəqibi bəlli oldu
-
Fransa - İspaniya matçının heyətləri açıqlandı
-
Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakıya yola düşüb (Foto)
-
Dayı bacısı qızının evindən qızıl oğurladı
-
Türkiyədə məhkəmə Netanyahunu beynəlxalq axtarışa verdi
-
"Qəbələ" yoxlama oyununda "Kəpəz"i məğlub edib
-
14 İyul: Azərbaycanın taleyini dəyişən siyasi dönüş nöqtəsi
-
“Sabah” TNS-ə qarşı - Start heyətlər
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)
-
Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib (Foto/Video)
-
Holand və Bellinqem DÇ-2026-da tarixə düşdülər
-
Bakıda avtobuslar toqquşdu: Sərnişinlər arasında əməkdar artist Elman Rəfiyev də var - (Video)
-
İki küçədə hərəkət məhdudlaşdırılacaq
-
Azərbaycanlı gənc Rusiya-Ukrayna müharibəsində həlak oldu
-
Qara dəniz üslubunda dana qovurması resepti
-
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
-
Avropada anomal istilərdən ölənlərin sayı 14 mini ötüb
-
Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"
-
İranın 180 deputatı ABŞ-la anlaşma memorandumunun ləğvini tələb edir
-
“Məni ağlatdığınız zaman başıma sığal çəkən adama qarşı açıqlama yayım?” - Xatirə Yüzbəyova





