Cəmiyyət

Naxçıvanın füsunkar qış mənzərələri - FOTOREPORTAJ

10 Fevral 2020 22:17
1 Şərh     Baxış: 2 083
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təbiətin və insan əlinin yaratdığı möcüzə olan Naxçıvan özünün füsunkar qış mənzərələri ilə bura gələn hər kəsi valeh edir. Səbəbi odur ki, qədimliyi və müasirliyi ilə diqqətləri cəlb edən bu oğuz yurdu ağ örpəyə bürünəndə, sanki onun gözəlliyi, cazibəsi daha da artır. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bir vaxtlar qış fəsli sakinlərin gündəlik həyatı üçün ciddi çətinliklərlə yadda qalırdısa, bu gün biz onun tam əksini müşahidə edirik.

Fevralın 9-da Naxçıvanda qeyd edilən Xıdır Nəbi bayramında yağan qar isə bu yurda xeyir-bərəkət gətirib. İndi hər kəs başdan-başa ağ örpəyə bürünmüş Naxçıvanı obyektivin yaddaşına köçürür, muxtar respublikanın turizm məkanlarına səyahət edir.

Şahbuzun dağlar gözəli Batabatından, Ağbulaqdakı Xizək Mərkəzindən, Ordubadın Göygölündən tutmuş Naxçıvan şəhərinə, Duzdağa qədər, oradan da Şərurun bərəkətli torpaqlarına uzanan geniş ərazidə saf ekoloji mühit, füsunkar gözəllik insanlarda zəngin təəssürat yaradır. Bütün bunlar Naxçıvanın "qış sərvətidir". Ondan bəhrələnmək, təbiətin qoynunda rahatlıq tapmaq, gözəlliklərdən zövq almaq, qonaqpərvərlik görmək üçün isə bu gözəl məkana gəlmək kifayət edər.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.