Cəmiyyət

Dabandakı çatlar bu gizli xəstəliklərdən xəbər verir – Gizli səbəblər

14 Yanvar 2020 22:25
1 Şərh     Baxış: 5 016
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dabanında çat olmayan insan varmı? Çoxları bunu sadəcə ayaq problemi, quru dəri ilə bağlayır.
Əgər çatlar kosmetik müdaxilələrlə getmirsə, daha da dərinləşirsə, artırsa, ağrıyırsa, altda yatan gizli səbəbləri tapmaq lazımdır.
Milli.Az medicina.az-a istinadən daban çatlarında hansı xəstəliklərdən şübhələnməli olduğunuzu təqdim edir:

- Varikoz - gizli varikoz gözlə görünmür, bu zaman ayaq dabanları qanla normal qidalanmadığı üçün çatlayır. Bu zaman fleboloq gizli varikozu aşkarlamalı, müalicə yazmalı, siz isə V və P vitamin qəbul etməlisiz

- Böyrək problemləri

Böyrək çatışmazlığına gedən yolda qanda sidik turşusu miqdarı artır. Bu zaman dabanlar quru olur. Sidik turşusunun artması o deməkdir ki, qanda həddən artıq çox zülal var. Bu barədə müalicə alın.

- Şəkərli diabet - ayaqlar, dabanlar çox zərər görür, yaralar gec sağalır. Diabet xəstələri dabanlarını xüsusi nəzarətdə saxlamalıdırlar.

- Qastrit - bəli, dabanda ağrılı çatlar mədədə qastritdən də xəbər verir. Bu zaman ağızda quruluq, ağız kənarında da çatlar olur.

- Mikoz- sadə dillə desək göbələk. O da dabanlarda quruluq, epidermisin zədələnməsinə səbəb olur. Bunun üçün dermatoloq göbələk müalicəsi təyin edir. Sodalı,duzlu, furasilinli vannalar da yaxşı təsir edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.