Cəmiyyət

"Sosial şəbəkələrdə insan alveri" - VİDEO - FOTO

11 Yanvar 2020 17:34
0 Şərh     Baxış: 2 170
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İnsan Alverinə Qarşı Mübarizəyə həsr olunan qısametrajlı film çəkilmişdir. Filmi İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin təşkilatı dəstəyi ilə çəkmişdir.

Milli.Az Kanal 5-ə istinadən xəbər verir ki, filmin layihə rəhbəri və ssenari müəllifi  Ramiz Alıyev, Qurluşcu rejissoru Elvin Rüstəmzədədə, icraçı prodüseri isə Nicat Həsənzadədir. Filmin  media tərəfdaşı Azad Azərbaycan Televizyasıdır.  "Mələklərin Qurtuluşu" adlı qısametrajlı film insanların sosial şəbəkələr vasitəsi ilə aldadılaraq xaricə aparılmasına, orada onların bədən orqanlarının çıxarılaraq satılmasına və cinsi istismara məruz qoyulmasına həsr olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.