Cəmiyyət

Bakıda kişi başına daşla vurularaq döyülüb

9 Yanvar 2020 08:02
0 Şərh     Baxış: 1 111
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Binəqədi rayonunda döyülmə hadisəsi baş verib.

Hadisə "Çıraq" restoranının yaxınlığında qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 45 yaşlı Orucov Elşən Elxan oğlu naməlum şəxslərlə mübahisə edib. Bu zaman naməlum şəxslər E.Orucovun başına daşla vuraraq ona ağır xəsarət yetiriblər.

Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, üzün əzilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.