Cəmiyyət

Uşaqlara xarici dili hansı yaşda tədris etmək lazımdır? - Alim cavab verib

12 Sentyabr 2019 19:54
0 Şərh     Baxış: 2 009

Uşaqlara xarici dillərin tədrisini məktəbəqədər yaş dövründə başlamaq lazımdır.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Nijeqorod Dövlət Universitetinin psixofiziologiya kafedrasının dosenti Valeriya Demaryova deyib.

Onun sözlərinə görə, artıq altı ayında uşağın beyni intonasiya səhvlərinə reaksiya verə bilir: "Deməli, (uşaq - red.) bilik əldə etməyə hazırdır".

"Hesab edirəm ki, 3-4 yaşında uşaqlara artıq xarici dili öyrətmək olar və lazımdır. Özü də bunu kiçik, məsələn 4-5 nəfərdən ibarət qruplarda etmək lazımdır", - Demaryova deyib.

Onun fikrincə, pedaqoqlar xarici dilin tədrisini əlifba ilə başlamamalıdırlar: burada cizgi filmlərinə baxmaq, şerlər və mahnılar oxumaq daha uyğun olardı.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.