Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə şeir həsr olundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tanınmış azərbaycanlı şairə Adilə Nəzər şəhidimiz, Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə şeir ithaf edib.

Milli.Az şeiri təqdim edir.
(Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə)
O zaman ki, vətənin başından əsdi yellər,
Anaların gözündə coşub-çağladı sellər.
Oğullar vətən üçün alov-alov yandılar,
Könüllü dəstələrlə cəbhəyə yollandılar.
Getdilər qorumağa doğma torpağı-yurdu,
Əlin beş barmağıydı- beynəlmiləl bir ordu.
Bu torpaqda yaşayan başqa millətlər belə,
Elin ağır günündə dayaq durdular elə.
Vardı həmin sırada Albert Aqarunov da,
Vermişdi qərarını igid o qovha-qovda.
Gözlərimin önünə qəhrəman Həzi gəldi,
Bu dəmdə elə bil ki, dolaşıb ərzi, gəldi.
Ona uğur dilədi bu yurdun hər qalası,
Atlandı öz tankına o yəhudi balası.
Dedi, mənim anamdı günəşli Azərbaycan,
Ona qurbandır bu baş, ona qurbandır bu can.
Çörəyini yemişəm mən bu uca torpağın,
Ətirini duymuşam hər gülün, hər yarpağın.
Çapdı cəbhələr boyu minib dəmir atına,
Son qoydu neçə-neçə düşmənin həyatına.
Tankın, topun, cəbhəsin yerlə-yeksan elədi,
Dayanmadı, durmadı qan üstə qan ələdi.
Bir tank komandiriydi, bir aslan inadında,
İndi də yaxşı qalıb yağıların yadında..
Ən ağır döyüşlərə böyük inamla getdi.
O bu vətən yolunda özünü fəda etdi.
Bu gün Azərbaycanın Milli Qəhrəmanıdır,
Vətəni hər bir zaman ər oğullar tanıdır.
Yoxdu ayrıseçkilik burda başqa millətə,
Hər kəs layiqdi bizdə ada-sana, hörmətə.
Bir şərtlə, itirməsin çörəyinin duzunu,
Vətənin qarşısında
Albert Aqarunov tək ağ eləsin üzünü.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sabah məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə start veriləcək
-
Baş nazirdən mühüm qərar
-
İsti havalarda bu qidalara diqqət edin
-
Cəlilabadın 14 yaşayış məntəqəsində qaz kəsiləcək
-
“Dövlətimiz bizi evlə təmin edib, içindəki həyatı birlikdə qururuq” - (Video)
-
“UĞUR-777” estetik mərkəzlə bağlı araşdırmanın detalları məlum oldu
XƏBƏR LENTİ
-
Sabah məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə start veriləcək
-
Baş nazirdən mühüm qərar
-
Puyol: “Argentina finala yalnız Messinin sayəsində yüksələ bildi”
-
HƏMAS-ın yeni lideri o seçildi
-
İsti havalarda bu qidalara diqqət edin
-
Qazaxda ata və qızı göldə batıb
-
Ərəb milyarderdən arvadına dəbdəbəli hədiyyə – Qiyməti sərvət dəyərindədir - (Video)
-
Almaniya Azərbaycana yeni səfir təyin edib
-
Rəşad Dağlının oğlu yarışda birinci oldu
-
Cəlilabadın 14 yaşayış məntəqəsində qaz kəsiləcək
-
“Dövlətimiz bizi evlə təmin edib, içindəki həyatı birlikdə qururuq” - (Video)
-
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
-
“UĞUR-777” estetik mərkəzlə bağlı araşdırmanın detalları məlum oldu
-
"Aston Villa" tarixinin ən bahalı transferini reallaşdırdı – Dünya çempionatının ulduzunu aldılar
-
"Qarabağ"ın da potensial rəqibi bəlli oldu
-
Universitet və kolleclərdə tədris proqramları dəyişəcək
-
“Bir” və “UnionPay” tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir
-
Bakıda mağazada döyülən qadın danışdı: "Demişdi ki, səni doğrayacağam” - (Video)
-
Kökələn Zaur Baxşəliyev izləyicisinə əsəbiləşdi: "Qarın da mənimdir, piy də..."
-
Avqustda 10 gün iş olmayacaq
-
Avropada təhlükəli istilər: Temperatur 50 dərəcəyə çata bilər
-
ARB-nin bu verilişləri yayımını dayandırır
-
Azərbaycan xüsusi təyinatlıları İordaniyada təlimdə iştirak edir
-
Ötən gün yayılan video ilə bağlı Nazirlikdən açıqlama





