Makqreqor yenə UFC-yə qayıdır - Tarixi açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
UFC-nin iki çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor son döyüşündə aldığı zədə ilə bağlı açıqlama verib.
Milli.Az xəbər verir ki, irlandiyalı döyüşçü "X" sosial şəbəkəsində paylaşdığı məlumatda sağ dizində ön çarpaz bağ və menisk zədəsi aşkarlandığını bildirib. O qeyd edib ki, bu zədə əvvəllər Maks Holloueylə keçirdiyi ilk qarşılaşmada aldığı zədəyə bənzəyir, lakin bu dəfə digər ayağında baş verib.
Konor Makqreqor bildirib ki, həmin zədədən sonra doqquz ay ərzində bərpa olunaraq yenidən yarışlara qayıtmışdı. Onun sözlərinə görə, müasir tibbin imkanları və hazırlıq metodları nəzərə alınarsa, gələn yay yenidən oktaqona çıxmaq ehtimalı yüksəkdir.
Döyüşçü hazırkı vəziyyətinin yaxşı olduğunu da vurğulayıb. O, artıq qoltuqağacından istifadə etmədiyini, ayaq trenajorunda məşqlərə başladığını və heç bir narahatlıq hiss etmədən sərbəst yeriyə bildiyini qeyd edib.
Xatırladaq ki, Konor Makqreqor iyulun 12-də beş illik fasilədən sonra UFC-yə qayıdaraq Maks Holloueylə üz-üzə gəlmişdi. Lakin aldığı diz zədəsi səbəbindən qarşılaşma ilk raundda dayandırılmış və Maks Hollouey qalib elan edilmişdi.
Qeyd edək ki, Konor Makqreqor peşəkar MMA karyerası ərzində 29 döyüş keçirib. O, bu qarşılaşmaların 22-də qələbə qazanıb, 7-də isə məğlub olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Yeraltı”nın cütlüyündən ilk romantik (Foto)
-
Torpaq sürüşməsi fəsadlara yol açdı - (Video)
-
Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldo barədə qərar verib
-
Londonda Azərbaycan səfirliyi qarşısında İran agentlərinin təxribatı - (Foto/Video)
-
Azərbaycanda sahibkarın meyiti öz həyətində tapıldı - (Foto)
-
“Başkalarının hayatı” yayımlanmayacaq
-
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
-
Sabah Şahbuzda işıq olmayacaq
-
"Əl-Nəsr"dən Ronaldonu istədilər
-
İslam Rəhimov ardıcıl ikinci dəfə U-23 Avropa çempionu olub
-
"Sabah"ın bu mövsümdə ilk məğlubiyyəti
-
Hidayət Heydərov bürünc medal qazandı
-
Sahil Babayevə yeni müavin təyin edildi - dosye
-
Mingəçevirdə 42 yaşlı kişi bıçaqlanaraq öldürülüb
-
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - (Foto/Video)
-
Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib
-
Bakıda ağır qəzada ölən gəncin (Fotoları)
-
Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi
-
Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib - Yenilənib (Foto)
-
U-15 dünya çempionatı: İspaniya çempion olub
-
“Çəhrayı addım at!” şüarı altında süd vəzi xərçəngi ilə mübarizə ayına həsr olunmuş yekun görüş başa çatıb - (Foto)
-
Sergey Lavrovun təyyarəsi 20 saatdan çox havada qaldı
-
Yenidən sədr və müavin oldular
-
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - (Foto)





