Hadisə

Bakıda mağazada döyülən qadın danışdı: "Demişdi ki, səni doğrayacağam” - (Video)

20 İyul 2026 15:27
Baxış: 1 365
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ötən gün zoomağazada qadına qarşı zorakılıq edən Zamiq Xəlilov barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. 

Milli.Az xəbər verir ki, məhkəmənin qərarına əsasən həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Zərərçəkmiş Sevil Manafova hadisənin təfərrüatlarını danışıb.

O bildirib ki, ötən ay aqressiv davranışlarına görə işdən azad edilən Zamiq Xəlilov onu təqib edərək dəfələrlə öldürəcəyi ilə hədələyib:

"Aqressiv davranışlarına görə ötən ayın 25-də onu işdən azad etdilər. İşdən çıxandan sonra daha da quduzlaşmışdı. İyulun 17-də pişik yemi almaq üçün bir xanımla mağazaya girdim. Gördüm ki, qapıda dayanıb var-gəl edir. Qorxdum, mağazada gözlədim. Sonra qəfil içəri daxil oldu, söyüş söyməyə başladı. Dedim ki, söyüşlərinə görə polisə zəng edəcəyəm. Telefonumu götürəndə mənə hücum çəkdi. İyulun 17-dən bu yana həkimlərdəyəm. Bütün əsəblərim pozulub, qabırğalarım əzilib. Bu insan demişdi ki, səni doğrayacağam".

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.