Hadisə

Marketdən soyğunçuluq edən şəxs saxlanılıb

20 İyul 2026 17:52
Baxış: 649
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qaradağ rayonunda soyğunçuluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxs gecə saatlarında rayon ərazisində yerləşən marketlərin birinə müştəri kimi daxil olaraq talama cinayəti törədib. Həmin vaxt marketdə çalışan satıcının ona müdaxiləsinə baxmayaraq şübhəli şəxs hadisə yerindən yayına bilib.

Milli.Az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 41 yaşlı R.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.