Elektrik çəngəlini belə çıxaranlara xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gün ərzində telefonun şarj cihazını elektrik yuvasından çıxararkən və ya tozsoranı yığışdırarkən fərqində olmadan elektrik cihazlarınızın ömrünü qısaldırsınız. Milyonlarla insanın hər gün "praktik" olduğunu düşünərək təkrarladığı bu adi vərdiş əslində evdəki bahalı elektronika əşyalarını tədricən yararsız hala gətirir. Üstəlik, elektrik mütəxəssisləri bu mövzuda çox ciddi xəbərdarlıq edirlər: Siz fərqində olmadan təkcə cihazınızı deyil, həm də cibinizi yandırırsınız.
Milli.Az xəbər verir ki, bir çoxumuz tələsik hərəkət edərək elektrik çəngəlinin özünü tutmaq əvəzinə, birbaşa naqildən (kabeldən) dartırıq. Kənardan baxanda plastik örtük tam görünür deyə bu hərəkətin zərərsiz olduğunu düşünmək böyük bir səhvdir. Çünki naqilə tətbiq edilən hər bir dartma qüvvəsi, çöldən heç bir iz buraxmasa da, içəridəki həssas mis naqilləri və birləşmə nöqtələrini yavaş-yavaş zədələyir.
Bu vəziyyət sanki bir "saatlı bomba" kimidir. Naqilin içindəki incə tellər zamanla qırılmağa və ya boşalmağa başlayır. Zədə kənardan görünmədiyinə görə, cihaz həftələr və ya aylar sonra qəfil xarab olduqda, günahı başqa yerlərdə axtarırıq. Halbuki əsl səbəb, vaxtilə günahsız görünən o kiçik dartma hərəkətidir. Üstəlik, bu boşalmalar təkcə cihazı xarab etmir, həm də gizli qızınmalara yol açaraq ev təhlükəsizliyini də təhdid edə bilər.
Bahalı təmir xərclərindən və ya yeni cihaz almaq məcburiyyətindən qurtulmağın yolu əslində son dərəcə sadədir. Elektrik mütəxəssisləri bu görünməz zədələrin qarşısını almaq üçün tək bir qaydaya riayət etməyi tövsiyə edirlər: Heç vaxt naqildən dartmayın!
Elektrik çəngəlini yuvadan çıxararkən naqilə toxunmaq əvəzinə, birbaşa prizin içərisinə girən sərt plastik gövdəni barmaqlarınızla möhkəm tutun. Sonra sağa-sola əymədən, tək bir hərəkətlə düz və dik şəkildə özünüzə doğru çəkin. Cəmi bir saniyenizi alacaq bu kiçik vərdiş dəyişikliyi, ağıllı telefonunuzun şarj cihazından tutmuş paltaryuyan maşınınızadək evdəki bütün cihazların ömrünü illərlə uzada bilər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Rəşad İlyasov Firuzə İbadovanın evinə gedib, onunla mahnı oxudu - (Video)
-
"Nobel" arzusu xanımına nəsib ola bilər
-
Məşhur aktyor metroda gecələdi - (Foto)
-
Neymardan sonra bunu bacaran ilk futbolçu oldu
-
Kəmalə Günəşli canlı ifası ilə müzakirə yaratdı - (Video)
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
XƏBƏR LENTİ
-
“Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında
-
“Bədbəxt, evdə dəyəri olmayan qadınlar mənə ağızlarına gələni yazırlar” - Nigar Şabanova
-
Qaxda 7 nəfər göbələkdən zəhərləndi
-
“Mən əməliyyatda olanda bacımın ürəyi gedib” - Mətanət İsgəndərli
-
“Qarabağ”ın futbolçuları arasında dava - (Foto)
-
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
-
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Kəmaləddin Heydərovdan yeni təyinatlar
-
Rəşad İlyasov Firuzə İbadovanın evinə gedib, onunla mahnı oxudu - (Video)
-
“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir - (Foto)
-
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
-
Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
-
Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?
-
DanceAbility Azerbaijan “Sərhədsiz uçuş” inklüziv multidissiplinar sərgisini təqdim edir - (Foto)
-
Fazil Əliyev vəfat etdi
-
Zelenski Türkiyədə səfərdədir
-
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq
-
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu açıqlaması
-
Türkiyədə zəlzələ oldu
-
“Yaddaşdan ötə” sərgisində Faiq Əhməd və Fərid Rəsulovun xalça kolleksiyaları təqdim olunur - (Foto)
-
Gəncədə 18 minlik qızıl oğurlayan şəxs saxlanıldı
-
İki güləşçimiz dünya çempionatının yarımfinalında
-
Azərbaycanda 1800 vətəndaş orqanlarını bağışladı
-
Türkiyə ordusu şəhid verdi





