100 yaşına çatanların səhər yeməyi seçimi: Hər gün bir kasa içirlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial şəbəkələrdə sürətlə yayılan ənənəvi yapon ləzzəti olan miso şorbası uzunömürlü insanların qidalanma sirri kimi ön plana çıxır. Ürək sağlamlığını dəstəkləyən, enerji balansına töhfə verən və təbii probiyotik qaynağı olan bu şorba, sağlam həyat tərzinin yeni favoriti olub.
Milli.Az xəbər verir ki, səhər yeməyi deyildikdə çoxlarının ağlına yumurta, qranola və ya təzə meyvələr gəlir. Lakin son dövrlər sosial şəbəkələrdə fərqli bir vərdiş diqqət çəkir. Güne qəhvə yerinə yapon mətbəxinin vazkeçilməz parçası olan miso şorbası ilə başlamaq sağlam həyat trendlərinin yeni zirvəsinə çevrilib. Uzunömürlü insanların yaşayış tərzini əks etdirən "Mavi zona" (Blue Zone) qidalanma modelində də yer alan miso şorbası həm qidalı tərkibi, həm də fermentasiya edilmiş olması ilə yenidən gündəmdədir. Mütəxəssislər, bunun rafine karbohidratlarla dolu səhər yeməklərinə nisbətən daha balanslı bir seçim olduğunu qeyd edirlər.
Miso şorbası necə hazırlanır?
Miso şorbası fermentasiya edilmiş soya paxlasından hazırlanan miso əzməsinin "daşi" adlı xüsusi bulyonla qarışdırılması ilə hazırlanır. Şorbaya adətən tofu pendiri, dəniz yosunu və təzə soğan əlavə edilir. Kökü əsrlər əvvələ gedib çıxan bu ənənəvi ləzzət, yapon mətbəxinin təməl yeməklərindən biridir.
Elmi araşdırmalar nizamlı miso istehlakının sağlamlığa ciddi faydaları ola biləcəyini göstərir. Tədqiqatlara görə, misonun tərkibindəki bəzi maddələr qan təzyiqinin tənzimlənməsinə kömək edə bilir. Bundan başqa, 2-ci tip şəkərli diabeti olan şəxslərdə uzunmüddətli qan şəkərinin nəzarətdə saxlanılmasına dəstək ola biləcəyinə dair tapıntılar da mövcuddur.
Fermentasiya edilmiş quruluşu sayəsində probiyotik xüsusiyyət daşıyan miso, bağırsaq sağlamlığını dəstəkləyir və immunitet sisteminə müsbət təsir göstərir.
Qidalanma mütəxəssisləri miso şorbasının şəkər nisbəti aşağı olan, qidalı bir səhər yeməyi alternativi olduğunu bildirirlər. Lakin tam taxılların verdiyi lif ehtiyacını təkbaşına qarşılamadığı üçün, onu tərəvəz və protein qaynaqları ilə zənginləşdirmək tövsiyə olunur. Yaponiyada miso şorbası adətən düyü, balıq və tərəvəzlərlə birlikdə yeyilir. Bu yolla daha balanslı bir səhər yeməyi rejimi formalaşdırmaq mümkündür.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Keyptaun kanalizasiya suyundan içməli su istehsal edəcək
-
Tuna balığı alarkən iki dəfə düşünün
-
Pişik sahibini niyə iyləyir?
-
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
-
Bu bitkiləri çarpayınızın yaxınlığından götürün
-
Kefir və yaşıl çaya güclü rəqib: Arpa çimi suyunun fayda və riskləri
-
Ömrü uzada, ölüm riskini azalda bilər
-
Xərçəngin müalicəsində yeni ümid: Alimlərdən mühüm kəşf
-
Pensiyalar belə indeksləşəcək - Hesablama qaydası - (Video)
-
Ev qatığı niyə sulu olur? Daş kimi qatıq hazırlamağın əsas sirləri
-
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
-
“Müxalifət Azərbaycanla sülhə “son maneə”dir” - Paşinyan
-
Binəqədidə söküntü hazırlığı: Sahibkarlara kompensasiya nə vaxt ödəniləcək? - (Video)
-
Azərbaycan nəhəng atmosfer bloklanmasının təsirinə düşür: Hava kəskin dəyişəcək
-
Günün qoroskopu: Daxili rahatlıq tapmaq üçün ideal zamandır
-
Kaliforniyada baş verən güclü zəlzələnin videosu
-
Şəhərdən kəndə köçənlərə böyük güzəştlər təklif edilir - (Video)
-
Bakı-Sumqayıt yolundakı tıxac probleminə çarə - (Video)
-
Tiflisdə minlərlə insan yürüşə qatıldı - (Video)
-
Filarmoniyada Dövlət Simfonik Orkestrinin konsert proqramı təqdim olunub - (Foto)
-
Həbsxanada 60 kilo arıqlayan kişi: "Qızım məni tanımayıb qorxudan qaçdı" - (Foto)
-
Çağla Şıkelin oğlu böyüdü: Boyu atasını keçdi - (Foto)
-
Xalq artisti Samir Cəfərov ilk dəfə Kavaradossi obrazında çıxış edib - (Foto)
-
Kanalda boğulan Hüseynin (Fotosu)





