HƏMAS-ın yeni lideri o seçildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
HƏMAS hərəkatı Xəlil əl-Həyyanın təşkilatın yeni ümumi lideri seçildiyini rəsmən elan edib.
Milli.Az xəbər verir ki, məlumata görə, bu qərarla İsrailin həyata keçirdiyi əməliyyatlar nəticəsində öldürülən təşkilat rəhbərləri İsmayıl Haniyə və Yəhya Sinvardan sonra yaranmış rəhbərlik boşluğunun aradan qaldırılması üçün başladılan keçid prosesi yekunlaşıb.
Bildirilib ki, liderin müəyyənləşdirilməsi məqsədilə keçirilən daxili seçkidə əsas mübarizə HƏMAS-ın keçmiş siyasi büro rəhbəri Xalid Məşəl ilə təşkilatın sabiq sədr müavini Xəlil əl-Həyya arasında gedib. İlk səsvermədə heç bir namizəd tələb olunan səs çoxluğunu toplaya bilmədiyindən qalib ikinci turda müəyyənləşdirilib.
Xəlil əl-Həyya 2024-cü ilin oktyabrında Qəzzada öldürülən Yəhya Sinvardan sonra təşkilata rəhbərlik edən müvəqqəti idarəetmə şurasını əvəz edəcək. Onun 2027-ci ildə keçirilməsi planlaşdırılan növbəti seçkiyə qədər bu vəzifəni icra edəcəyi bildirilib.
HƏMAS-ın daxili qaydalarına əsasən, təşkilatın rəhbəri məşvərət şurası üzvlərinin yarıdan çoxunun dəstəyini qazanmalıdır. Həmçinin 2021-ci ildə qəbul edilən razılaşmaya uyğun olaraq, təşkilatın iki ən yüksək rəhbər postundan ən azı biri Qəzza bölgəsini təmsil edən şəxsə verilməlidir.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Trampdan İrana xəbərdarlıq:"Əsgərimizin qisası dəfələrlə artıq alınacaq"
-
Endi Börnhem Böyük Britaniyanın yeni Baş naziri olub
-
HƏMAS-ın yeni lideri o seçildi
-
Ərəb milyarderdən arvadına dəbdəbəli hədiyyə – Qiyməti sərvət dəyərindədir - (Video)
-
Avropada təhlükəli istilər: Temperatur 50 dərəcəyə çata bilər
-
İran ABŞ-dakı mundialdan narazıdır - Səbəb
XƏBƏR LENTİ
-
"Toydan paylaşım etməyə utanıram" - Səbinə Babayeva
-
Soğanları kağız salfetə bükənlər bu dərddən qurtulur
-
100 yaşına çatanların səhər yeməyi seçimi: Hər gün bir kasa içirlər
-
Elektrik çəngəlini belə çıxaranlara xəbərdarlıq
-
Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
-
Keksi şar kimi qabardan sirr: Birini əlavə etmək bəs edir
-
"Əlimdə olan vəsaiti tamamilə batırdım" - Fərda Xudaverdiyev
-
KTM-də xəstələri plastik xərəklə daşıyırlar? - Açıqlama (Video)
-
Nigar Fərhaddan şikayət - “17 min alıblar, nə özü, nə də əməkdaşları cavab verir” (Video)
-
Yamalın atası Messidən gənc imiş
-
Gülbən Ergenin çimərlik (Fotoları)
-
Salyanda yol qəzasında ölənlərin sayı 4 nəfərə çatıb - Yenilənib (Foto)
-
"Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
-
Günün qoroskopu: Bu gün cəmiyyətdə parlayacaqsınız
-
Aaron Maluda “Bazel”ə keçə bilər
-
Zərdabda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb
-
Lydia Cemre Özşişman 35 kilo arıqlayıb (Foto)
-
FİFA Argentina millisinin üzvləri ilə bağlı araşdırmaya başlayıb (Video)
-
Azərbaycan Milli Mətbuatının 151-ci ildönümü qeyd olunub (Foto)
-
“İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
-
Pike Şakiranı izlədi - (Video)
-
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb (Foto/Video)
-
Messidən hamını təəccübləndirən addım
-
Sabah Cəlilabadda işıq olmayacaq - Yenilənib





