Dünya

Avropada təhlükəli istilər: Temperatur 50 dərəcəyə çata bilər

20 İyul 2026 15:05
Baxış: 701
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yaxın həftələrdə Cənubi Avropa bu yayın ən güclü istilik dalğalarından biri ilə üzləşə bilər.

Milli.Az xəbər verir ki, sinoptiklər bəzi bölgələrdə havanın temperaturunun tarixi rekordlara yaxınlaşacağını, hətta 50 dərəcəyə çata biləcəyini istisna etmirlər.

Məlumata görə, ən təhlükəli dövr iyulun son ongünlüyü və avqustun ilk ongünlüyü hesab olunur. Bu müddətdə uzunmüddətli və güclü istilik anomaliyalarının baş vermə ehtimalı yüksəkdir.

Hazırda ekstremal istilər Aralıq dənizi hövzəsində özünü göstərir. Son günlər isti hava dalğasının mərkəzi İspaniyadan İtaliyanın cənubuna doğru hərəkət edib. İtaliyanın Sardiniya adasında kölgədə 47 dərəcə isti qeydə alınıb və ada hazırda Avropanın ən isti nöqtəsi hesab olunur.

Meteoroloqların proqnozuna əsasən, yaxın günlərdə İtaliya, Balkan ölkələri və Yunanıstanda temperatur bir qədər enəcək. Bununla belə, gündüz saatlarında havanın 30-35 dərəcə isti, gecələr isə 25 dərəcədən aşağı olmayacağı gözlənilir.

Mütəxəssislər bildirirlər ki, yay mövsümünün ikinci yarısında yeni istilik dalğasının təsiri ilə Cənubi Avropanın bəzi ərazilərində temperaturun 50 dərəcəyə qədər yüksəlməsi mümkündür. Bu səbəbdən bölgə sakinlərinə və turistlərə günün ən isti saatlarında ehtiyatlı olmaları tövsiyə edilir.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.