Qarpızlar qəfildən köpüklənir: Səbəbi bəlli oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial şəbəkələrdə yayılan "köpüklənən qarpız" videoları böyük panikaya səbəb olub. Vətəndaşların ard-arda paylaşdığı videolardan sonra mütəxəssislər vacib xəbərdarlıq ediblər.
Milli.Az xəbər verir ki, aldıqları qarpızları kəsərkən və ya saxlayarkən köpükləndiyini görən vətəndaşlar bu anları mobil telefonları ilə qeydə alaraq sosial şəbəkələrdə paylaşıblar.
"Qarpızlara kimyəvi maddə vurulur?" sualını ortaya çıxaran bu videolar qısa müddətdə minlərlə reaksiya alıb.
Köpüklənmənin arxasındakı gerçək: Fermentasiya
Sosial şəbəkələrdəki kimyəvi maddə və ya hormon iddialarının əksinə olaraq, mütəxəssislər bu vəziyyətin tamamilə bioloji bir prosesdən qaynaqlandığını bildirirlər. Qarpızın köpüklənməsinin əsas səbəbi yüksək temperatur altında baş verən "fermentasiya" (mayalanma) hadisəsidir.
Xüsusilə yay istilərində tarladan daşınarkən və ya market/bazar piştaxtalarında uzun müddət gün altında qalan qarpızların qabığında gözlə görünməyən kiçik çatlaqlar əmələ gələ bilər. Bu çatlaqlardan içəri sızan bakteriya və maya göbələkləri qarpızın tərkibindəki yüksək şəkərlə qidalanmağa başlayır. Bu qidalanma prosesi nəticəsində meyvənin daxilində karbon qazı əmələ gəlir. Qazın yaratdığı təzyiq, qarpız kəsiləndə və ya qabığı öz-özünə çatlayanda içindəki maye ilə birləşərək çölə köpük şəklində çıxır.
Köpüklənən bir qarpızla qarşılaşan vətəndaşlar bu meyvəni qətiyyən istehlak etməməlidirlər. Köpüklənmə, qarpızın içinin tamamilə çürüdüyünü, turşuduğunu və içində zərərli bakteriyaların törədiyini göstərən dəqiq bir işarədir. Bu cür qarpızların yeyilməsi ciddi qida zəhərlənmələrinə və mədə xəstəliklərinə səbəb ola bilər.
İstehlakçıların zərər görməməsi üçün qarpız alarkən xarici qabığında çat, əzik və ya həddindən artıq yumşalma olmamasına diqqət etməli; aldıqdan sonra isə meyvəni birbaşa günəş şüasına məruz qoymadan sərin bir yerdə saxlamalıdırlar.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Üzünüzə gülən hər kəs dost deyil: Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
-
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
-
Günün qoroskopu: Qarşıda sizi maraqlı bir yenilik gözləyir
-
Bəzi işbazlar avtomobildəki problemi gizlətmək üçün bu yola əl atırlar - (Video)
XƏBƏR LENTİ
-
Üzünüzə gülən hər kəs dost deyil: Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
-
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
-
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı
-
Tramp: Benzinin qiyməti daha da ucuzlaşacaq
-
Günün qoroskopu: Qarşıda sizi maraqlı bir yenilik gözləyir
-
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
-
Bəzi işbazlar avtomobildəki problemi gizlətmək üçün bu yola əl atırlar - (Video)
-
Makron Fransadakı iğtişaşların iştirakçıları ilə bağlı vəd verdi
-
"Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
-
Can Bonomoya ağır itki - (Foto)
-
Fransada kütləvi etirazlar zamanı 272 nəfər saxlanıldı - (Video)
-
Lamin Yamaldan möhtəşəm qol - (Video)
-
Dələduzların yeni taktikası: külli miqdarda pul verirlər, sonra... - (Video)
-
“Neftçi” rəqibinə öz oyununu göstərməyə imkan vermir” - Qurban Qurbanov
-
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Timati nişanlısına 40 milyonluq avtomobil bağışladı - (Video)
-
“Futbolçular psixoloji təzyiq altında qalmamalıdır” - Vernidub
-
IV CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasiminin tarixi bəlli oldu
-
Pasiyenti döydüyü iddia edilən sanitar danışdı - (Video)
-
Gəncədə teatrın mühafizəçisi bıçaqlandı - 15 yaşlı gənc şübhəlidir
-
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
-
"Qarabağ" "Neftçi" ilə oyunun son dəqiqəsində məğlubiyyətdən xilas olub - (Video)





