Hadisə

Qazaxda ata və qızı göldə batıb

20 İyul 2026 16:36
Baxış: 879
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qazax rayonunda göldə boğulma hadisəsi baş verib.

Milli.Az teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Didvan gölündə qeydə alınıb.

İlkin məlumata görə, Canallı kənd sakini Rafael Xəlilov və azyaşlı qızı göldə batıblar.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Hazırda batan şəxslərin tapılması istiqamətində axtarış-xilasetmə işləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.