Messi DÇ-2026-nın finalında iki rekorda imza atıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının finalında İspaniyaya qarşı start heyətində meydana çıxan Argentina millisinin hücumçusu Lionel Messi iki tarixi göstəriciyə imza atıb.
Milli.Az report-a istinadən xəbər verir ki, 39 yaşlı futbolçu dünya çempionatları tarixində üç final matçında iştirak edən ikinci oyunçu olub.
Messi bundan əvvəl 2014-cü ildə Almaniyaya və 2022-ci ildə Fransaya qarşı keçirilən final görüşlərində də forma geyinmişdi. Bu uğura ondan əvvəl yalnız braziliyalı Kafu nail olmuşdu. Kafu 1994, 1998 və 2002-ci illərdə mundialın finalında çıxış edib.
Bununla yanaşı, Messi dünya çempionatları tarixində final oyununa üç dəfə start heyətində başlayan ilk futbolçu kimi də tarixə düşüb. Kafu isə 1994-cü il mundialının finalında zədələnən komanda yoldaşı Jorjinyonu əvəz edərək ilk hissədə meydana daxil olmuşdu.
Argentina millisinin kapitanı həmçinin dünya çempionatlarının finalında meydana çıxan ən yaşlı meydan oyunçusu rekordunu yeniləyib. O, 39 yaşında final görüşünə start verməklə 1958-ci il dünya çempionatının həlledici matçında 37 yaş 241 günlük olarkən oynayan isveçli Qunnar Qreni geridə qoyub.
Bununla belə, mundialların final oyunlarında meydana çıxan ən yaşlı futbolçu rekordu hələ də italiyalı qapıçı Dino Zoffa məxsusdur. O, 1982-ci ildə Almaniya Federativ Respublikasına qarşı final matçında 40 yaş 133 günlük olarkən meydana çıxmışdı.
39 yaşlı Messi 2023-cü ildən ABŞ-nin "İnter Mayami" klubunda çıxış edir. O, daha əvvəl Fransanın PSJ və İspaniyanın "Barselona" klublarının formasını geyinib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Puyol: “Argentina finala yalnız Messinin sayəsində yüksələ bildi”
-
"Aston Villa" tarixinin ən bahalı transferini reallaşdırdı – Dünya çempionatının ulduzunu aldılar
-
"Qarabağ"ın da potensial rəqibi bəlli oldu
-
“Sabah”ı 3-cü təsnifatdakı rəqibi bəlli oldu
-
“Qalatasaray” Barış Alper Yılmazla bağlı qərarını verdi
-
“Real Madrid” dünya çempionatlarında tarixi rekorda imza atdı
XƏBƏR LENTİ
-
Marketdən soyğunçuluq edən şəxs saxlanılıb
-
Böyükşor sahilindəki köpük nədir?
-
Daşkəsəndə ölmüş heyvanı avtomobillə sürüyən şəxs saxlanıldı - (Video)
-
Nigar Şabanova UNESCO səhnəsində başına gələn çətinlikdən danışdı - (Video)
-
Qaradağ rayonunda oğurluq edən 3 nəfər saxlanılıb
-
Endi Börnhem Böyük Britaniyanın yeni Baş naziri olub
-
Sabah məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə start veriləcək
-
Baş nazirdən mühüm qərar
-
Puyol: “Argentina finala yalnız Messinin sayəsində yüksələ bildi”
-
HƏMAS-ın yeni lideri o seçildi
-
İsti havalarda bu qidalara diqqət edin
-
Qazaxda ata və qızı göldə batıb
-
Ərəb milyarderdən arvadına dəbdəbəli hədiyyə – Qiyməti sərvət dəyərindədir - (Video)
-
Almaniya Azərbaycana yeni səfir təyin edib
-
Rəşad Dağlının oğlu yarışda birinci oldu
-
Cəlilabadın 14 yaşayış məntəqəsində qaz kəsiləcək
-
“Dövlətimiz bizi evlə təmin edib, içindəki həyatı birlikdə qururuq” - (Video)
-
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
-
“UĞUR-777” estetik mərkəzlə bağlı araşdırmanın detalları məlum oldu
-
"Aston Villa" tarixinin ən bahalı transferini reallaşdırdı – Dünya çempionatının ulduzunu aldılar
-
"Qarabağ"ın da potensial rəqibi bəlli oldu
-
Universitet və kolleclərdə tədris proqramları dəyişəcək
-
“Bir” və “UnionPay” tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir
-
Bakıda mağazada döyülən qadın danışdı: "Demişdi ki, səni doğrayacağam” - (Video)





