Sabirabad rayonunda intihar hadisəsi olub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ulacallı kəndində baş verib.
2002-ci il təvəllüdlü Abbasov Yusif Şahid oğlunun meyiti yaşadığı evin həyətində aşkar edilib.
Hadisənin səbəbləri hələlik məlum deyil.
Qeyd edək ki, Y.Abbasov bu il orta məktəbin 11-ci sinfini başa vurub.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.
Milli.Az