Azərbaycanda dəhşətli intihar

15 İyun 2019 23:43

Sabirabad rayonunda intihar hadisəsi olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ulacallı kəndində baş verib.

2002-ci il təvəllüdlü Abbasov Yusif Şahid oğlunun meyiti yaşadığı evin həyətində aşkar edilib.

Hadisənin səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, Y.Abbasov bu il orta məktəbin 11-ci sinfini başa vurub.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az