Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Eyyub Yaqubov benefisi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq Muğam Mərkəzinin "Nəsimi ili" çərçivəsində təqdim etdiyi növbəti layihə Xalq artisti Eyyub Yaqubovun "Nəsimi işığında" adlı ədəbi-musiqili gecə olub.
Beynəlxalq Muğam Mərkəzindən Milli.Az-a verilən məlumata görə, 13 may tarixində baş tutan tədbir Nəsimi yaradıcılığı və müasir düşüncə, Nəsimiyə fərqli baxış üzərində qurulub.
Ədəbi-musiqili gecədə Nəsiminin şeirləri və Xalq artistinin repertuarında bu ruha yaxın olan mahnılar tamaşaçılara təqdim edilib. Belə ki, Nəsimi poeziyasının işığında Mikayıl Müşfiqin, Hüseyn Cavidin və digər klassik şairlərimizin sözlərinə bəstələnmiş musiqilər bir-birini əvəzləyib. Eyyub Yaqubovun və aktyorların mahnılararası söylədiyi qəzəllər isə tamaşaçıları sanki əhli-hal etməklə öz düşüncələri ilə baş-başa buraxıb.
Beynəlxalq Muğam Mərkəzin səhnəsində ilk dəfə çıxışı ilə bağlı açıqlama verən Eyyub Yaqubov bildirib ki, Beynəlxalq Muğam Mərkəzində Nəsimi ilə bağlı layihə işləmək elə də asan deyil: "Bu ədəbi -musiqili gecə şəxsi ideyam idi və məqamı bu günə təsadüf etdiyi üçün, layihənin reallaşmasından çox məmnunam. Bilirsiniz ki, Beynəlxalq Muğam Mərkəzi mötəbər konsert salonlarımızdan biridir və mənə doğma məkandır. Çünki, muğam sənətinin ustadı sayılan, Xalq artisti Əlibaba Məmmədovun "Humayun" ansamblında uzun müddət çalışmışam. Muğamın ruhuna bələd olduğum üçün özümü Muğam Mərkəzin səhnəsində çox rahat hiss edirəm".
"Küllü-zaman içrə saat yarım" təəssüratı ilə tamamlanan konsert proqramında musiqiçilər irfan musiqisi, insan və zaman anlamında tamaşaçılara Nəsiminin qəzəllərində onun hürufi dərviş və haqq aşiqi obrazları ilə yanaşı, bir də arif şəxsiyyətinin cizgilərini daha qabarıq nəzərə çarpdırıblar. Bu konsert həm də bir daha Eyyub Yaqubov sənətini sevənlərə müğənninin fərqli yaradıcı və hərtərəfli potensialını nümayiş etdirib. Onun ədəbiyyat və sənət, musiqi və kainat, səs və zaman, düşüncə və duyğuları bu layihədə dolğun şəkildə özünü göstərib.
Beynəlxalq Muğam Mərkəzinin səhnəsində növbəti dəfə Nəsimiyə sevgidən ərsəyə gələn layihədə şairin söz ümmanından damlalar səpilib, Azərbaycan musiqisinin möhtəşəmliyi nümayiş olunub. Bu söz ümmanının karvanına sarvan olanlar isə Xalq artisti Eyyub Yaqubovla birlikdə rəngarəng musiqi repertuarı ilə hər zaman dinləyicilərin zövqünü oxşayan "Hicaz" ansamblı olub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb





