Cəmiyyət

Günün qoroskopu:Unutmayın, həqiqi həmfikir tapmaq şansınız çox deyil.

9 May 2019 00:01
17 Şərh     Baxış: 7 600

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - Xırdalıqlara əhəmiyyət verməyin. Möhtəşəm planlar, yaxşılığa doğru böyük dəyişikliklər, irimiqyaslı döyüşlər və müvafiq qələbələr günüdür. Bədxahlarınızın qarşınıza çıxarmağa heç nələri yoxdur. Aydındır ki, gücləriniz bərabər deyil və siz çox-çox üstünsünüz.

Sizə inanan, sizinlə qürur duyan və bunu gizlətməyən insanlarla ünsiyyət xoşunuza gələcək. Sizi tərifləyənlərə qulaq asın, komplimentlərdən həzz alın - hamısı ürəkdən gələn sözlərdir. Bu gün sizi təkcə gözəl sözlər, sevgi etirafları, həmçinin qiymətli hədiyyələr gözləyir.

Buğa - Başqa adama həvalə etmək, yaxud qeyri-müəyyən müddətə təxirə salmaq istədiyiniz işlərə xeyli vaxt sərf etməli olacaqsınız. Həm çətin, həm asan məsələləri məhz özünüz həll etməlisiniz. Planlaşdırmadığınız xərclər, dəyərli bir əşyanı itirməyiniz mümkündür.

Asanlıqla nəyəsə həvəsiyir, başınızı itirir, dəlicəsinə aşiq olur, hadisələrin inkişafını sürətləndirir, yeni münasibətləri daha ciddi məcraya yönəltməyə çalışırsınız. Bu da boşuna deyil: intuisiyanız deyir ki, siz öz qismətinizi tapmısınız.

Əkizlər - Nə istədiyinizi və bunun üçün nələrdən keçəcəyinizi yaxşı bilirsiniz. Sizinlə sövdələşmək mümkün deyil: öz mövqeyinizdən bir addım da geri çəkilmək fikriniz yoxdur və güzəştə getmirsiniz. Belə mövqe sizə yaraşır: ən azından ətrafınızdakılar sizə tez-tez diqqət yetirir, gah gizli, gah da aşkar şəkildə xarakterinizin gücünə həsəd aparırlar.

Enerjinizi lazımi məcraya yönəldə bilsəniz, gününüz uğurlu olacaq. Əks halda münaqişələr, mübahisələr, ciddi fikir ayrılıqları yarana bilər. Gəzintiyə çox vaxt ayırın. İdman və fiziki işlə məşğul olmaq xeyrinizədir.

Xərçəng - Özünəinamlı və diqqətsizsiniz. Tənqidi qeydləri, məsləhətləri qulaq ardına verməyə meyllisiniz, başqasının təcrübəsi nəzərə alınmalı olan yerdə öz intuisiyanıza güvənməyə üstünlük verirsiniz. Amma bəxtiniz gətirir: hətta əgər səhv də etsəniz, onun nəticəsi elə də ağır olmayacaq.

Bu gün sizi çox sərt danışmaqda, güzəştə getməməkdə qınayacaqlar. Onların buna tam haqları da çatır. Amma maraqlıdır ki, bu hərəkətiniz sizin üçün doğrudan da vacib olan insanlarla münasibətlərinizə kölgə salmır. Sizin xasiyyətinizə bələd olduqları üçün bu gün onları qorxutmursunuz.

Şir - Nə qədər müqavimət göstərsəniz də, xoşagəlməz vəziyyətə düşürsünüz. Bədxahlarınızın sayı durmadan artır, yeni tərəfdaşların peyda olacağına isə ümid etməyin. Kimsə kömək təklif edirsə, bunu elə ağızucu deyir ki, məsələnin nə yerdə olduğunu həmin dəqiqə anlayırsınız.

Odur ki, müstəqil hərəkət edəcəyinizə əvvəlcədən hazır olun. Bu, bir az yorucudur, amma səmərəsi az deyil və maraqlıdır. Üstəlik, yeni və faydalı nəsə öyrənə bilərsiniz. Uzunmüddətli səfərlər məsləhət deyil, gəzinti və piyada ekskursiyalar isə yaxşı keçəcək.

Qız - Sizin nailiyyətləriniz və zəhmətiniz kölgədə qalmır. Ancaq sizi tərifləyənlərin heç də hamısı bunu səmimi qəlbdən etmir. Mürəkkəb, qarışıq situasiyaya düşməmək üçün hər kəsə inanmayın. Əks halda çox dəyərli saydığınızdan məhrum ola bilərsiniz. Bədxahlarınıza yaltaqlıq vasitəsilə etibarınızı qazanmağa imkan verməyin.

Ətrafınızda baş verənlərlə bağlı çox fikirləşirsiniz, amma qəti bir nəticəyə gəlmirsiniz. Tələsib qəti qərarlar verməyin, əlaqələri qırmağa can atmayın.

Tərəzi - Ciddi mövzularda söhbət, birbaşa sizin peşəkar fəaliyyətinizlə bağlı sualların müzakirəsi üçün əla gündür. Köməyinə ümid etdiyiniz nüfuzlu adamlar etibarınızı doğruldacaqlar. Üstəlik, elə təkliflər alacaqsınız ki, ilk dəfədən öz xoşbəxtliyinizə inanmağınız gəlməyəcək.

Şəxsi münasibətlərdə təşəbbüskar olun. Öz yarlarını axtaran Tərəzilər maraqlı tanışlıqlara və taleyüklü görüşlərə hazır olsunlar. Sevgililər gözəl vaxt keçirəcəklər.

Əqrəb - Qələbə qazanmaq şansınız böyükdür. Bunun üçün elə də çox şey lazım deyil: azca özünüzə inam və riskə getmək hazırlığı. Sizi qorxutmaq istəyən, təhlükələri böyüdən insanlara qulaq asmayın. Həyəcanlı tanışlarınızın gözləntilərinə rəğmən hər şey çox gözəl keçəcək.

Yeni təəssürat axtarışındasınız və bu həvəsinizi təmin etməkdə pis heç nə yoxdur. Eksperimentlərdən, yeni tanışlıqlardan qorxmayın, öz hissləriniz barədə açıq danışın. Nə qədər cəsarətli olsanız, bir elə yaxşıdır. Alış-verişə çıxa bilərsiniz.

Oxatan - Gün asan başlamır. Hər dəqiqə verdiyiniz vədləri yada salırlar. Bunların bəzilərini isə siz heç yerinə yetirmək fikrində deyildiniz. Hiyləgərlik etməli olursunuz, amma bütün sirləriniz bir-bir faş olur və nüfuzunuza xələl gətirir. İntriqalardan uzaq durun: bunların üstü açılacaq və məhz siz ziyan çəkəcəksiniz.

Günün ilk yarısı yaxşı olan səhhətiniz axşama doğru pisləşə bilər. Xroniki xəstəliklərinizin güclənməsi mümkündür. Bu gün tək müalicəyə deyil, eyni zamanda diqqətə ehtiyacınız var. Yaxınlarınız sizi qayğıyla əhatə etsələr, daha tez sağalarsınız.

Oğlaq - Günün çox hissəsini köhnə səhvləri düzəltməyə həsr edəcəksiniz. Bunlarınsa çox az hissəsi sizə aiddir. Özgələrin ideyalarını həyata keçirməli, başqalarının aralarında olan münaqişələri yoluna qoymalı olacaqsınız. Öz işlərinizə diqqət ayırmaq üçün yalnız axşam vaxtınız olacaq.

Romantik görüşlər, gəzintilər, qeyri-formal şəraitdə ünsiyyət üçün yaxşı gündür. Gələcəyə nikbinliklə baxan adam təsiri bağışlayırsınız, bu səbəbdən də yeni tanışlarınızın rəğbətini qazanırsınız.

Dolça - Hətta ən yaxın adamlarınızın təqdir etməyəcəkləri qərarlar verməyə qadirsiniz. Bu gün "bir nəfər hamıya qarşı" situasiyasındasınız. Həsəd aparılası halda deyilsiniz, amma şərait öz gücünüzü düzgün qiymətləndirməyə imkan yaradır. Bundan başqa, məhz nəyi istədiyinizi, yeni məqsədlərinizi təyin edə bilərsiniz.

Unutmayın, həqiqi həmfikir tapmaq şansınız çox deyil. Sizin tərəfinizdə olduqlarını bəyan edən insanlar arasında bədxahlarınız, hətta ikiüzlü satqınlar az deyil.

Balıqlar - Çox dəyər verdiyiniz şeyləri itirə bilərsiniz. Səbəb isə odur ki, real vəziyyətlə barışmaq istəmirsiniz. Bu gün çox şeyə qadirsiniz, amma hər şeyə deyil! Bununla barışın, o zaman həyatın acılığından şikayətiniz olmaz.

Ağlınıza çoxlu xoşagəlməz fikirlər gələcək, özünütənqid, kökündən dəyişmək hissi güclənəcək. Sakit olmağa çalışın, ciddi ədəbiyyat oxuyun, ağıllı filmə baxın - bir sözlə, düşünmək üçün özünüzə şərait yaradın.

Milli.Az

loading...

Şərh yaz:

17 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 9 May 00:0230

    Sabahiniz uqurlu olsun O gün olsun öz qelebemizi qeyd edek !

    Cavab yaz
    • Anonim
      Esmer · 9 May 10:1800

      Sənındə sabahın xeyr Esracan

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 9 May 10:4210

        Cannn Esmərim canimmm

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 9 May 00:0330

    Status-Qelebeye aid- Dusmene qelebe calmak ücün dusmeni deyil ortada gezen xaini öldürmek esas şərtdi...

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 9 May 00:0420

    Status-Getmık unudulmağ deyil Əsas odu yaddaslarda ve xatirelerde əbədi qalasan !

    Cavab yaz
  • Anonim
    Nurlana · 9 May 03:1910

    Salam sabahiniz xeyir olsun. Allah orucunuzu qebul elesin. Amin

    Cavab yaz
  • Anonim
    Nurlana · 9 May 03:2020

    Sabahin xeyir Zekoshum,oyaqsan? Allah orucuvu qebul elesin. Amin

    Cavab yaz
    • Anonim
      Esmer · 9 May 10:1820

      Allah qəbul etsin orucunuzu Nurkam .

      Cavab yaz
      • Anonim
        Nurlana · 9 May 10:3510

        Cox sagol Canim.

        Cavab yaz
  • Anonim
    $$$. · 9 May 08:3630

    9 MAY QƏLƏBƏ GUNU MUNASİBƏTİLƏ HAMINI TƏBRIK EDIRƏM ! İki dəfə SOVET İTTİFAQI QƏHRƏMANI HƏZİ ASLANOB , MEHDİ HUSEYNZADƏ , GƏRAY İSRAFİLOV və başqaları Allah Sizlərə rəhmət etsin ! GUN O GUN OLSUN QARABAQ TORPAQLARIMIZ İŞQALDAN AZAD OLSUN ! Amin ! VƏTƏN UQRUNDA HƏLAK OLAN BUTUN ŞƏHİDLƏRİMİZƏ ALLAH RƏHMƏT ETSİN ! Amin !

    Cavab yaz
  • Anonim
    $$$. · 9 May 08:3930

    Allahın salamı olsun hər kəsə ! Hərvaxtınız xeyir hörmətli şərhcilər ! ACILAN SƏHƏRLƏRİMİZ HƏMİŞƏ QƏLƏBƏ MUJDƏLİ OLSUN ! AMİN ! QARABAQI UNUTMAYAQ ! MUBARİZ İBRAHİMOV KİMİ MİLLİ QƏHRƏMANLARIMIZI UNUTMAYAQ !

    Cavab yaz
    • Anonim
      Esmer · 9 May 10:2220

      Salam Gözəl xanım Sizinde sabahınız xeyrli olsun MÜBARİZİ unutmaq olar hec .o bizim Qəhramanızdı mənim oglum yatanda da MÜBARİZƏ .baxa baxa yatır .deyir boyuyum gedib MÜBARİZİN .Qanını alacam ...

      Cavab yaz
      • Anonim
        $$$. · 9 May 10:3321

        Salam , sabahınız xeyir Esmer xanım ! Mənim də qardaşım oqlu Lacın deyir mən də Mubariz kimi olacam , avtomatımla erməniləri öldurəcəm ! Atam Qarabaqı cox sevir , nəvəsinin adını ona görə Lacın qoyub , deyir torpaqına həsrət qalsaq da qoy adı yaşasın !

        Cavab yaz
        • Anonim
          Esmer · 9 May 10:4410

          Allah saxlasın bacl Allah Atanıza da can sağlıqı versin .Allah Arzusuna catdırsın tez bır zamanda .

          Cavab yaz
      • Anonim
        Nurlana · 9 May 10:3720

        Caan InshAllah Esmer can.

        Cavab yaz
        • Anonim
          Esmer · 9 May 10:4420

          Can Nurkam ..sag ol bacsının gülü ..

          Cavab yaz
  • Anonim
    $$$. · 9 May 11:2921

    Cox saq olun Esmer xanım ! Atam və babam Qarabaqda cox olublar. Bənzərsiz gözəlliyi olan Qarabaqı , bakılı olsaq da cox sevirik . Qarabaqda göruşənədək ! İnşallah !

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.