MİDA "güzəştli mənzillər"in tikintisini "Kristal Abşeron"a həvalə etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnşaat sektorunda 16 illik təcrübəsi və kefiyyət nümunəsi ilə müştərilərinin inamını qazanan "Kristal Abşeron" özəl layihələrlə yanaşı, dövlət sifarişi olan layihələri də uğurla icra edir. Növbəti dəfə isə şirkət Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) "güzəştli mənzillər"in tikintisi ilə bağlı tenderin qalibi olub. Yəni, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 ha ərazidə 12 ədəd çoxmənzilli yaşayış binasının tikintisi üçün investisiya qoyuluşunu "Kristal Abşeron" şirkəti reallaşdıracaq.
Daha dəqiq desək, "Kristal Abşeron MTK" (www.kristalabsheron.az) investisiya qoyuluşu müqabilində "MİDA" MMC-nin sifarişi ilə hazırlanmış və dövlət ekspertizasından keçirilmiş layihə-smeta sənədlərinə uyğun olaraq tikintini aparmaq, tikinti işlərinin gedişi zamanı kompleksin ərazisində olan mühəndis-kommunikasiya sistemindən və müvafiq infrastrukturdan yararlanmaq imkanını əldə edir. Müsabiqə şərtlərinə əsasən, investor tərəfindən inşa olunacaq 12 binada (7-si 12 mərtəbəli, 5-i 9 mərtəbəli) yerləşən mənzillərdən 189-u (16-sı 1 otaqlı, 60-ı 2 otaqlı, 86-sı isə 3 otaqlı, 27-si 4 otaqlı) MİDA-nın sərəncamına veriləcək və "Güzəştli mənzil" elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq. Qalan mənzillər investor tərəfindən onları bazar qiymətləri ilə almaqda maraqlı olan şəxslərə satılacaq. Sözügedən 12 binanın tikintisi üçün "Kristal Abşeron" tərəfindən investisiya qoyuluşunun ümumi həcminin 40 milyon manata yaxın təşkil edəcəyi nəzərdə tutulur.
"Kristal Abşeron" şirkətinin bu yatırımı həcminə görə MİDA tərəfindən indiyə qədər cəlb olunmuş ən böyük məbləğdir. Buna qədər Agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksində tikinti işlərinin aparılması üçün MİDA tərəfindən 3 investor cəlb olunmuş və nəzərdə tutulan 18 milyon manat investisiya vəsaitinin 11 milyon manat hissəsi reallaşdırılmışdır.
Xatırladaq ki, indiyə kimi "Kristal Abşeron" MTK Bakı, Sumqayıt və Xırdalan şəhərlərində bir-birindən gözəl layihələri uğurla icra edib. 2018-ci ilin may ayında isə podratçısı olduğu məcburi köçkünlər üçün nəzərdə tutulan "Qobu Park" yaşayış kompleksini istifadəyə verib. Yaşayış kompleksinin açılışında iştirak edən prezident İlham Əliyev "Kristal Abşeron" şirkətinin işini yüksək qiymətləndirib.
DİGƏR XƏBƏRLƏR
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
XƏBƏR LENTİ
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib - (Video)
-
Kerem Bürsinin yeni sevgilisi - (Foto)
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi
-
“A.B.İ.” final edir
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - (Video)
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Gülüstan Əliyeva toy fotosunu görüb ağladı - (Video)
-
Naxçıvanda nənə nikahdankənar doğulan körpə nəvəsini boğaraq öldürdü
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Vüsalənin yeni evi - (Video)
-
“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib - (Foto/Video)
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
BMT-yə üzv olan 51 ölkə Rusiyanı atəşkəsə çağırıb
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb - Yenilənib
-
Pezeşkian: Biz təcavüz yox, müdafiə üçün güclənmək istəyirik
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək





