Hadisə

Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var

23 Sentyabr 2026 20:40
Baxış: 263
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xocavənddə yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobillərinin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü, Beyləqan rayonunun Yuxarı Aran kənd sakini Qarayev Elnur Eldar oğlu və 1981-ci il təvəllüdlü, Beyləqan rayonunun Örənqala kənd sakini Məmmədov Səxavət Ələm oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.