Hadisə

Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb - Yenilənib

23 Sentyabr 2026 19:33
Baxış: 288
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Gəncə güllə yarası nəticəsində şəxsin xəsarət alması ilə bağlı hadisənin təfərrüatları məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, 32 yaşlı Gəncə şəhər sakini, Z. Əsgərov tir tüfəngi ilə ehtiyatsız davranış nəticəsində xəsarət alıb.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.

---------

Gəncə sakini silahdan açılan atəş nəticəsində xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1994-cü il təvəllüdlü Z.Əsgərov ürək nahiyəsindən silahdan açılan atəş nəticəsində xəstəxanaya yerləşdirilib.

O, dərhal əməliyyat edilib. Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.

Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.