Hadisə

Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı

23 Sentyabr 2026 19:35
Baxış: 309
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza rayonun Sarısu qəsəbəsi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Niva" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı kanala düşüb. Nəticədə avtomobildə olan 5 nəfər xəsarət alıb.

Yaralananlardan 1968-ci il təvəllüdlü Gholamhossein Sareban Gholamreza oğlu, 1959-cu il təvəllüdlü Alireza Mohajer Ashoor oğlu, 1977-ci il təvəllüdlü Ali Kekani Bijan və 1968-ci il təvəllüdlü Mahdi Abbaszadeh Khodaverdi oğlunun İran vətəndaşları olduğu bildirilir.

Qəza zamanı, həmçinin 1970-ci il təvəllüdlü Saatlı rayon sakini Ağayev Mirnamiq Mirəziz oğlu da xəsarət alıb.

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.