Siyasət

Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir

23 Sentyabr 2026 20:01
Baxış: 157

Çin və Azərbaycan arasında vizasız rejimin tətbiqi iki ölkə xalqlarının bir-birinə daha da yaxınlaşmasına kömək edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Bakıda Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

Səfirin sözlərinə görə, Azərbaycanda gənclər arasında Çin dilinə və mədəniyyətinə yüksək maraq var.

O qeyd edib ki, humanitar və mədəni əlaqələrin inkişafı Çin və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsinin mühüm hissəsidir.

Tədbir çərçivəsində Azərbaycandakı Konfutsi İnstitutunun tələbələri qonaqlara Çin mədəniyyətinə həsr olunmuş proqram təqdim ediblər.

Lu Mey həmçinin vurğulayıb ki, Çin və Azərbaycan iqtisadiyyat, nəqliyyat və investisiya sahələrində əməkdaşlığı genişləndirməklə yanaşı, xalqlar arasında əlaqələri də gücləndirməkdə davam edirlər.

"Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının parlaq gələcəyi və böyük potensialı var", - deyə səfir bildirib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.