Cəmiyyət

Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun

23 Sentyabr 2026 23:00
Baxış: 314
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yuxu müddətinin sağlamlığa təsiri ilə bağlı yeni araşdırma diqqətçəkən nəticələr ortaya qoyub.

Milli.Az xəbər verir ki, 30 ildən çox davam edən tədqiqatda Tayvanda ürək-damar xəstəliyi olmayan 3305 yetkin şəxsin məlumatları araşdırılıb.

İştirakçılar gündəlik yuxu müddətinə görə üç qrupa bölünüblər. İlk qrupa 6 saat və ya daha az, ikinci qrupa 7-8 saat, üçüncü qrupa isə 9 saat və daha çox yatanlar daxil edilib.

Nəticələrə görə, gündə 9 saat və daha çox yatan şəxslərdə bütün səbəblərdən ölüm riski 7-8 saat yatanlarla müqayisədə 17 faiz daha yüksək olub. Araşdırmada uzun yuxu müddəti ilə ürək-damar xəstəlikləri nəticəsində ölüm arasında statistik baxımdan əhəmiyyətli əlaqə müəyyən edilməyib.

Tədqiqatçılar uzun yuxu ilə ölüm riski arasındakı əlaqədə sistolik qan təzyiqinin müəyyən rol oynaya biləcəyini bildiriblər.

Bununla belə, araşdırma müşahidə xarakterli olduğundan uzun yatmağın birbaşa ölüm riskini artırdığı nəticəsinə gəlmək mümkün deyil.

Mütəxəssislər yuxunun sağlamlığa təsirini qiymətləndirərkən yalnız müddətin deyil, insanın ümumi sağlamlıq vəziyyətinin və yuxu rejiminin də nəzərə alınmasının vacibliyini vurğulayıblar.

Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.