Cəmiyyət

Avtomobillərdə plyonkadan istifadəyə icazə verildi!

1 Aprel 2010 17:13
Baxış: 479
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidov məlumat verib.

Onun bildirdiyinə görə, bu qərar yalnız minik avtomobillərinin arxa şüşələrinə aiddir və görünüş dairəsini məhdudlaşdırmamaq şərti ilə icazə verilir.

Qeyd edək ki, 2007-ci ildən Azərbaycanda avtomobillərdə plyonka və pərdələrdən istifadəyə qadağa qoyulub. "Yol hərəkəti haqqında" qanuna edilmiş 1 saylı əlavənin 7-ci bəndinin 3-cü hissəsində sürücünün görünüş diqqətini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti istiqamətini zədələmək təhlükəsi yaradan əlavə əşyalar və ya şüşələr, hər hansı formada örtüklərdən (pərdə və plyonka) istifadənin qadağan edildiyi göstərilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.