Cəmiyyət

Səbail yeni görkəminə qovuşur - Rayonda yeni binalar tikilir- VİDEO

13 Fevral 2018 21:36
1 Şərh     Baxış: 841

Paytaxtda pilot layihələrin icrası davam etdirilir. Artıq Səbail rayonunda bir neçə ünvanda qəzalı vəziyyətdə olan yaşayış evləri sökülüb yerində hündür mərtəbəli binalar tikilir. Bunun üçün sahibkarlar tərəfindən 22 layihə hazırlanaraq təsdiq olunub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, paytaxtın düz mərkəzində qəzalı vəziyyətdə olan evlər sökülərək yerində müasir görünüşlü hündür mərətəbli binalar tikilir.

Səbail rayonunda pilot layihəyə uyğun olaraq sahibkarlar tərəfindən 14 müasir layihə hazırlanaraq təsdiq olunub.Məsələn bura rayonun Tofiq Məmmədov küçəsi 29-35 ünvanıdır. Ərazidə bir neçə sakin 2 mərtəbəli qəzalı vəziyyətdə olan yaşayış evlərində yaşayırdı.İndi isə həmin yaşayış evləridən əsər-əlamət belə yoxdur.Mənzillər sökülərək yerində 18 mərtəbəli bina tikilir.

Bununla yanaşı, Bayıl-20-ci yaşayış sahəsində də yenidənqurmaya ehtiyacı olan binaların sökülərək yerində müasir binaların tikintisi ilə bağlı 8 layihə təsdiq olunub. Artıq Neftçi Qurban və Xanlar küçələrində 3 ünvanda, eləcə də Fuad Əbdürrəhmanov və Aqil Əliyev küçələrində tikinti işləri sürətlə aparılır.Bakının mərkəzində olan Rastropoviçlər küçəsi ilə Nizami küçəsinini kəsişməsində də qəzalı evlərin bir hissəsi sökülərək yerində hündürmərtəbəli yaşayış binasının tikintisinə başlanılıb.

Yaşayış binalarının gələn il ərzində istifadəyə verilməsi planlaşdırlır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Səbail yeni görkəminə qovuşur

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Nermin · 14 Fevral 01:5100

    Göresen Zabratda yada düşecekmi her yer sökülür birce sabunçu rayonu yatır 110 yaşı olan binalarda insanların yaşayışını görüblermi her il gelib baxıb gedib yatırlar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.