Cəmiyyət

Azərbaycanda vərəmlə bağlı analizlərin cavablarını bir neçə saat ərzində öyrənmək mümkün olacaq

7 İyul 2011 15:04
Baxış: 449
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni üsulların tətbiqi nəticəsində Azərbaycanda vərəmlə bağlı analizlərin cavablarını bir neçə saat ərzində öyrənmək mümkün olacaq. Bunu Trend-ə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə koordinatoru Cəvahir Süleymanova deyib. O bildirib ki, hazırda bununla bağlı işlər aparılır.

Cəvahir Süleymanovanın sözlərinə görə, İnnovativ Yeni Diaqnostika Fondu və Azərbaycan Səhiyyə Nazirliyi arasında imzalanmış anlaşma memorandumu çərçivəsində çoxsaylı dərman vasitələrinə müqavimətli vərəm riski olan xəstələr üçün diaqnostika imkanları genişləndiriləcək və sürətləndiriləcək. 2011-2012-ci illər ərzində layihə çərçivəsində Səhiyyə Nazirliyinə çoxsaylı dərman vasitələrinə müqavimətli vərəm reagentləri, diaqnostika avadanlığı və təchizat vasitələri əvəzsiz olaraq, yəni pulsuz veriləcək. Bununla yanaşı, müvafiq zəruri texniki və logistik dəstək də göstəriləcək. Bu layihə İnnovativ Yeni Diaqnostika Fondu (İYDF), Qlobal Laboratoriya Təşəbbüsü (QLT) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən irəli sürülən, İYDF adından fəaliyyət göstərən Stop TB Tərəfdaşlığının (STT) Qlobal Dərman Mexanizmi (QDM) ilə birlikdə maliyyələşdirilir.

Cəvahir Süleymanova deyib ki, yeni üsullarla müayinələr Bakıdakı Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda bir necə il əvvəl fəaliyyətə başlamış vərəm üzrə Milli Referens Laboratoriyasında aparılacaq.

İşin gedişinə dəstək məqsədilə bu yaxınlarda layihə çərçivəsində ÜST ekspertlərinin Azərbaycana səfəri də olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.