Cəmiyyət

Xüsusi köşklər notariat əməliyyatı üçün lazım olan sənədləri və dövlət rüsumlarını göstərəcək

11 Aprel 2011 15:41
Baxış: 399
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat baş idarəsinin Notariat idarəsinin rəisi Mehman Soltanov Trend-ə bildirib ki, vətəndaşlar bu köşklərin məlumat bazasına daxil olmaqla lazımi sənədlər və ödənilməli olan dövlət rüsumu barədə məlumat əldə edə biləcəklər.
"Vətəndaş həmin köşklərdən aparmaq istədiyi notariat əməliyyatı üçün lazım olan sənədlərin siyahısını və həmin əməliyyat üçün nəzərdə tutulan dövlət rüsumu barədə məlumatı ala bilər. Dövlət rüsumunu həmin köşkdə ödəməklə qəbz əldə edir", - idarə rəisi bildirib.

Mehman Soltanovun sözlərinə görə, notariat kontorlarında vətəndaşlardan müəyyən sənədlər istəniləndə onlar buna şübhə ilə yanaşırlar.

Həmin köşklərdən tələb olunan sənədlər barədə məlumat alan vətəndaş lazımi sənədləri və dövlət rüsumunun ödənilməsi barədə qəbzi notariat kontorlarına təqdim etməklə, istədikləri əməliyyatları həyata keçirə biləcəklər.

İdarə rəisinin sözlərinə görə, bu sistem sözügedən sahədə korrupsiya ilə mübarizədə nailiyyət olacaq və notariusla vətəndaş arasındakı təmas aradan qaldırılacaq.

Onun sözlərinə görə, bu sistem ilkin olaraq pilot layihə kimi həyata keçiriləcək.

"Bütün respublika üzrə notariat kontorlarında və qeydiyyat şöbələrində bu sistem pilot layihə kimi tətbiq olunacaq. Ola bilsin ki, müəyyən çatışmazlıqlar qeydə alınsın. Bütün çatışmazlıqlar aradan qaldırıldıqdan sonra çox qısa müddətdə notariat və qeydiyyat idarələrində tam olaraq bu sistem tətbiq olunacaq", - nazirlik rəsmisi vurğulayıb.

Mehman Solatanov bildirib ki, sistemin proqramı artıq hazırdır və yaxın bir ay ərzində onun tətbiqinə başlanacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.