Cəmiyyət

Külək Ucar rayonunun bəzi kəndlərini işıqsız qoyub

9 Aprel 2011 16:22
Baxış: 305
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Ucar rayonunun ərazisində əsən külək rayonun bəzi kəndləri və rayon mərkəzinin bir hissəsini işıqsız qoyub. Ucar Elektrik Şəbəkəsinin baş mühəndisi Bahadur Faxrədovun APA-ya verdiyi məlumata görə, külək nəticəsində bir çox elektrik xətlərində açılmalar olub, rayona elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Onun sözlərinə görə, küləyin gücü zəiflədikdən sonra enerji təminatı bərpa olunacaq.

Rayon ərazisində elektrik enerjisinin verilməsində problemin tez-tez yaranmasının əsas səbəbi isə elektrik dirəkləri və naqillərinin həddən artıq köhnəlməsi ilə bağlıdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.